28 Ocak 2013 Pazartesi

"Mən heç sizə bunu açıqlayaram?" (MÜSAHİBƏ)



"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Sportinfo.Az-a müsahibəsində Ruslan Abışovun transfer məsələsindən eyni zamanda komandanın Antalyadakı uğursuz yoxlama çıxışlarından danışdı.




- Ruslan Abışovun "Rubin"ə keçidi nə yerdə qaldı?

- Bildiyiniz kimi, Ruslan Abışovun zədəsi var və əməliyyat olunacaq. Ruslan sonuncu dəfə tibbi baxışdan keçdikdən sonra danışıqlar müsbət yekunlaşacaq və qarşı tərəf futbolçumuzla müqavilə bağlayacaq.

- "Rubin" Ruslana görə nə qədər ödəyəcək?

- Mən heç sizə bunu açıqlayaram? Açıqlamaram axı, nəinki mən heç kim açıqlamaz.

- Ruslanın meneceri Erkin İbrahimov "Xəzər Lənkəran"ın sözügedən transferdən faiz götürmək istədiyin deyib...

- Mən bilmirəm siz kimdən danışırsınz, mən Erkin İbrahimov adında menecer tanımıram. Biz Ruslan Abışovu tanıyırıq, hər şey Ruslana görədir. Bizim Erkin İbrahimova böyük hörmətimiz var. (Nadirovun ağzından çıxanları olduğu kimi yazırıq, amma onun Erkin İbrahimovu öncə tanımadığını deyib sonra böyük hörmət bəslədiyini bildirməsi anlaşılmaz qaldı)

- "Xəzər Lənkəran"da son durum nə yerdədi?

- Sizin “Xəzər Lənkəran”ın son transferlərindən və baxışa dəvət etdiyi futbolçulardan xəbəriniz var, bunu mənim deməyimə ehtiyac yoxdu. Bundan sonra da futbolçu axtarışında olacağıq. Belə ki, bizə əsas lazım olan mövqelər qapıçı, müdafiəçi və hücumçu mövqeyləridi.

- Komandanız Antalyada keçirdiyi yoxlama görüşlərində məğlubiyyətləri sıralayır. Bunu nə ilə əlaqəlndirərdiniz?

“Xəzər Lənkəran” Antalyada hansısa bir turnirdə iştirak etmir ki,uğur qazansın (gülür). Bu yoxlama görüşlərinin məqsədi ondan ibarətdir ki, baxışa gələn futbolçular komandada özlərini göstərə bilsinlər. Əsasən məqsəd yaxşı ilə pisi ayırmaqdı. Düz deyil? Şəxsən bizə bu yoxlama görüşlərində nəticə lazım deyil. “Tmişuara” Ruminyanın aparıcı klublarından biridi. Baxmayaraq ki,Ruminya Futbol Federasiyası tərəfindən cəzalandırıldı və aşağı dəstəyə göndərildi. Lakin hamı “Tmişuara”nın gücünə bələddi. Lazım gəlsə biz də bəzi klublarımız kimi ikinci liqa komandaları ilə yoxlama görüşü keçirib qalib gələbilərik. Adını da qoyarıq “Xəzər Lənkəran” hamını uda-uda gedir. Amma lazım deyil.

- Bizdə olan məlumata görə, "Xəzər Lənkəran" rəhbərliyi baş məqşçi Bakesə transfer məsələlərində sərbəstlik vermir. İspaniyalı mütəxəssis də rəhbərlikdən narazılıq edir. Bu düzgün informasiyadır?

- Bunlar hamısı cəfənqiyyatdan başqa heç bir şey deyil. “Xəzər Lənkəran” peşəkar klubdu. Baş məşqçimiz kluba gələn bir gündən futbolçuların siyahısını tərdib edib, O, siyahıya əsasən rəhbərlik Bakesin istədiyi müəyyən futbolçuları izləyir, baxır məsləhətdirsə onu baxıışa dəvət edir və müqavilə bağlayır. İndi hazırda bəzi yeni futbolçular tibbi müayinədən keçir, bəziləri baxışdadı. Bunlar hamsı sırf baş məşqçimizin istəyi və razılığı ilə gələn futbolçulardı.