28 Ocak 2013 Pazartesi

”Xəzər Lənkəkəran”la ”Fenerbahçe” arasında əməkdaşlığın perspektivləri müzakirə olundu



”Xəzər Lənkəkəran”la ”Fenerbahçe” arasında əməkdaşlığın perspektivləri müzakirə olundu

"Xəzər Lənkəran"ın baş məşqçisi Karles Martorell dünən klubumuzun Fəxri prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə
İstanbulda Türkiyənin köklü klublarından olan "Fənərbaxça" futbol klubunun prezidenti Aziz Yıldırım və komandanın baş məşqçisi Aykut Kocaman ilə görüşüb. Tərəflər birlikdə "Fənərbaxça" klubunun aşağı yaş qrupu komandasının "Qalatasaray"a qarşı keçirdiyi matçını izlədikdən sonra dəyirmi masa ətrafında "Xəzər Lənkəran" və "Fənərbaxça" arasında sıx əməkdaşlıq məsələlərini də müzakirə ediblər. O cümlədən qarşıda futbolçu mübadiləsi haqqında məsələ də görüşün əsas müzakirə mövzusu olub.

Gələcəkdə bu cür görüşlərin mütəmadi keçiriləcəyi nəzərdə tutulub.