"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Marin Orsuliçin Sportal.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"da ilk oyunun idi. Təəssüratların necədir?
- Mən çox şadam ki, belə bir komandada oyanyıram. Doğurdan "İnter"lə oyun günü çox gözəl ab-hava vardı. "Xəzər Lənkəran" azarkeşləri möhtəşəmdir. Onlar bizə sona kimi dəstək verdi. Onlara öz təşəkkürümü bildirirəm. İnanıram ki, biz azarkeşlərə sevinc bəxş edəcəyik.
- Meydana çıxdığın ilk oyunda komandan məğlub oldu...
- Düzdü, bu çox üzücüdür. Bu cür azarkeş dəstəyi ilə biz qələbə qazana bilmədik.
- Azərbaycan çempionatı haqqında nə deyə bilərsən?
- Azərbaycan çempionatı yaxşı çempionatdır. Biz çempionatın liderinə qarşı oynadıq. Onlar çox güclü komandadır. Bir daha gördüm ki. burada güclü komandalar var. Amma biz də zəif deyilik. Düşünürəm ki, biz play-off-a vəsiqə qazanacağıq.
- Qarşıda 3 oyununuz var...
- Düzdü, bunlar çətin oyunlardı. Bizim üçün finaldan da irəlidir. Nə olursa-olsun qalib gəlməliyik. Mən inanıram ki, biz istəyimizə nail olacağıq. İndi bütün fikirləri başımızdan atıb son 3 oyuna lazımı səviyyədə hazırlaşmalıyıq.
- Xorvatiya çempionatı ilə Azərbaycan Premyer Liqasını necə müqayisə edərdin?
- Nəsə demək mənim üçün çətindir. Xorvatiya çempionatında "Dinamo"(Zaqreb) kimi komanda var. İki mövsümdür ki, onlar ÇL-da çıxış edir. Mən bura çox az müddətdir gəlmişəm. Hələ nəsə deyə bilmərəm.
- Bilirsən ki. "İnter"ə məğlubiyyətə görə azarkeşlər sizdən inciyib?
- Başa düşürəm onları. Amma bu futboldur. Məğlubiyyət də olur, qalibiyyət də. Qarşıdakı oyunlarda azarkeşləri sevindirməyə çalışacağıq. Onları dəstəyi bizə daim lazımdır.
Elsevər MƏMMƏDOV