Haçana Kimi?
Dünən keçirilən Xəzər Lənkəran-İnter oyununda baş verənləri örgənəndən sora həqiqətən çox pis oldum.Sadəcə fakel yandırmağa görə azarkeşi daha doğrusu azarkeşləri həbs etmək olarmı?!Bu görünməmiş bir haldı.Hələ bu harasıdır Mühavizəçilərin fakelləri fanatların əlindən alıb sadə bir Green Gate 2 yazılmış pankartın üstünə atılıb yandırılmasının,sorada yanğının Green Gate 2- üstünə atılması daha da adamı özündən çıxarmasına səbəb olur.Məsələ burasındadıki rəhbərlik heç maraqlanmırda.Bəlkədə bu məsələ oların leyhinədi çünki haqqın tərəfində olan Green Gate 2 qrupu təzəcə yaranmasına baxmayaraq öz azad söz fikri ilə seçiliblər.
Bu baş verənləri qoyaq bir kənara...
Haçana kimi komanda bərbad oyun göstərərək bizi üzəcək?
Haçana kimi hər trasfer dönəmində komandanın yarısı gedib təzə oyunçular gətiriləcək?
Haçana kimi komanda ağıllı transfer etməyəcək?
Haçana kimi stadionda azad fikir deyilən bir şey olmayacaq?
Haçana kimi biz azərbaycandan qıraqa çıxa bilməyəcəyik?
Haçana kimi milyonlar yeyiləcək?
Haçana kimi avropada iz qoya bilməyəcəyik?
Haçana kimi məşqçiyə özü istədiyi transferi etməyi icazə verilməyəcək?
Bu sualları sayı hesabı yoxdu...Artıq qutarın ya komandanı dağıdın yada normal komanda ortaya qoyun!!!
İSTEFA!!!
Heydər Niftiyev