12 Şubat 2013 Salı

"Green Gate 2" Fan Qrupunun Üzvlərinə Azadlıq!!!



Premyer Liqanın son turunda dünən keçirilən “Xəzər Lənkəran” – “İnter” (2:3) oyunundan sonra Cənub təmsilçisinin "Green Gate 2" fan qrupunun 5 üzvünün polis bölməsinə aparıldığını xəbər vermişdik. Buna səbəb onların sözügedən oyunda fakel yandırmalarıdı.



Bu gün fanatların buraxılacağı gözlənilsə də, başqa qərar çıxarılıb. Kamal, Əmrəli, Tural, Məsim ve Anara 3 sutka hebs verilib. Belə məqamda klub rəhbərliyi işə münasibət bildirməli, müdaxilə etməlidi. Ancaq heç bir səs-soraq yoxdu.

"Green gate 2" klub rəhbərliyindən islahatlar tələb edən azarkeş qrupudu.

--------------------------------------------------------------------------------------------------

"Green Gate 2"nin ən fəallarından olan Cavid saytımızla əlaqə saxlayaraq fan qrupunun 5 üzvünün tutulma səbəbini açıqladı:

"Həmin oyunda biz banner açmaq istəyirdik. Bununla bağlı "Xəzər Lənkəran"ın mühafizə xidmətinin rəhbərinə məlumat vermişdik. Bannerdə tənqidi bir yazı yox idi, sadəcə "Green Gate 2" yazılmışdı və üzərinə portret həkk olunmuşdu.

Əvvəla, biz stadiona girəndə banneri açmağa icazə vermədilər. İkincisi də oyunun qızışan vaxtı azarkeşlər fakel yandıranda mühafizə xidmətinin əməkdaşları kobudcasına üstümüzə gəldilər, fakelləri alıb yerə tulladılar. Bu zaman polislər də onlara qoşuldu. Anlaşılmaz vəziyyət yaranmışdı.

Həmin vaxt polislərdən biri azarkeşdən fakeli aldı və bannerin üstünə atdı, banner də yanmağa başladı. İndi öyrənmişik ki, yanğının törədilməsini həbs olunan 5 üzvümüzün üstünə atıblar".

 By Cavid Talış