29 Ocak 2013 Salı

Roberto Alviz: "Azarkeşlər buna layiqdir"


"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Roberto Alvizin Sportal.az saytına müsahibəsi


- Məşqlər necə keçir?
- Məşqlərimiz çox yaxşı keçir. İki həftə əvvəl başladıq və indiyə kimi hazırlıqlarımız yaxşı keçir. Biz həmçinin yoldaşlıq görüşləri də keçiririk. Çünki bu hazırlıq oyunları sayəsində daha tez forma yığırıq.



- Hazırda komandanızda yeni futbolçular da var. Olnarla bağlı nə deyə bilərsən? Səncə, onlar “Xəzər Lənkərana“ kömək edə biləcək?
- Bəli, inanıram ki, onlar komandaya kömək edə biləcək gücdədirlər. Təbii ki, burada onların komanda ilə tez qaynayıb-qarışması da mühüm rol oynayır.

- “Xəzər Lənkəran” “Krivbass” ilə hazırlıq oyununda 6:0 hesabı ilə məğlub oldu. Səncə, bu böyükhesablı məğlubiyyət komandada hansısa çatışmazlıqların olmağından xəbər vermirmi?
- Xeyr, mən belə hesab etmirəm ki, komandada nəsə problem var. Biz həmin oyunda var gücümüzlə çalışdıq. Hesab edirəm ki, hazırlıq matçlarında belə şeylər baş verməsi normal haldır. Biz həmin qarşılaşmada qarışıq heyətlə oynadıq. Çünki baş məşqçimiz oyunçuları dəyişik mövqelərdə yoxlayırdı.

- “Xəzər Lənkəran”la müqavilən nə vaxt başa çatır?
- Müqavilən 4 aydan sonra başa çatır.

- Gələcək karyeran barədə nə deyə bilərsən? “Xəzər Lənkəran”da qalacaqsan?
- “Xəzər Lənkəran”da olduğum üçün çox xoşbəxtəm və klubun mənə edəcəyi təklifini gözləyirəm. Çünki mən gələn mövsüm üçün başqa klublardan təklif almışam. Əgər qarşılıqlı razılığa gəlsək, mən “Xəzər Lənkəran”da qalmaq və burada futbol oynamaq istərdim.

- Sənə təklif göndərən klublar yerlidir, yoxsa xarici?
- Azərbaycandan da var, xaricdən də.

- Cari mövsüm çox xal itirdiniz. “Xəzər Lənkəran”nın ilk “altılıq” şansını necə dəyərləndirərdin?
- Mən inanıram və əminəm ki, biz ilk “altılığ”a düşəcəyik. Təbii ki, bu çətin olacaq, amma çalışacağıq ki, öhdəsindən gələk. qarşıdakı 4 oyunun üçünü evdə keçirəcəyik, birini isə “Qəbələ” ilə səfərdə oynayacağıq. Çalışacağıq ki, həmin oyunlardan yaxşı nəticələr əldə edək və ilk “altılığ”a düşək. Çünki klubunuz və azarkeşlərimiz buna layiqdi. Azarkeşlərimiz bizi həmişə dəstəkləyir, ona görə də onlar uğurları haqq edirlər.


Elsevər MƏMMƏDOV