Caspianultras.com saytının etibarlı mənbədən əldə etdiyi məlumata görə klubumuzun bu dəfəki hədəfi İspaniyanın "Saraqosa" klubunun qapıçısı Toni Doblasdır.
Verilən məlumata görə
32 yaşlı ispaniyalı ilə danışıqlar uğurla nəticələnib və çox gümanki sabah səhər saatlarında komandamızın düşərgəsində olacaq qapıçı ilə birbaşa müqavilə imzalanacaq.
Xatırladaq ki,professional futbolçu karyerasına 1999-cu ildə İspaniyanın "Betis"(B) komandasında başlamış Doblas sonralar "Betis"(2003-2008),"Saraqosa"(2008-2009,2010-2013),"Hueska"(2009-2010) və "Xerez"(2003-2004(icarə),2011-2012(icarə)) klublarının şərəfini qoruyub.
mənbə:Caspianultras.com
